Rail Məlikov: "Fiziki olaraq özümü formada hiss edirəm"

Rail Məlikov: "Fiziki olaraq özümü formada hiss edirəm"

"Antalya toplanışı başlayandan komanda ilə məşqlərə qatılıram. Amma hələ ki, topsuz məşq edirəm. Həkim və məşqçilərin nəzarəti altında çalışıram. Günün ikinci yarısında əsasən fitnes salonunda məşq edirəm". Siasport.az saytının məlumatına görə, bu sözləri uzun fasilədən sonra yenidən komanda ilə məşqlərə başalayan "Qəbələ"nin futbolçusu Rail Məlikov deyib. Üç aydan artıqdır ki, yaşıl meydanlardan uzaq düşən təcrübəli müdafiəçi özünü hazırda fiziki olaraq formada hiss etdiyini söyləyib. Rail futbol üçün darıxdığını deyib: "Fiziki olaraq özümü formada hiss edirəm. Amma toplu çalışmalar üçün əməliyyatın üzərindən ən azı 4 ay keçməlidir. Yəqin ki, 10 gün sonra toplu məşqlərə başlayacağam. Futbol üçün çox darıxmışam. İnanıram ki, tez bir zamanda istədiyim formanı yığıb komandama kömək edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə