Vaqif Paşayev: "Beş futbolçu artıq sıralarımızı tərk edib"

Vaqif Paşayev: "Beş futbolçu artıq sıralarımızı tərk edib"

"Sumqayıt" klubunun əvəzedici komandası da hazırlıqlara start verib. Siasport.az saytının məlumatına görə, komanda hələlik gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Hazırlıq planı ilə əlaqədar baş məşqçi Vaqif Paşayev klubun rəsmi saytına açıqlama verib: "Yanvarın 6-da komanda üzvləri və məşqçi heyəti arasında görüş keçirildi. Yanvarın 7-dən etibarən isə məşqlərə start verdik. Gündə bir dəfə olmaqla məşqlərimizi davam etdiririk. Bu toplanış daha çox seleksiya xarakteri daşıyır. Heyəti gücləndirmək üçün 10-a yaxın futbolçunu sınaqdan keçiririk. Bu proses çempionatın startına qədər davam edəcək.

Qeyd edim ki, beş futbolçu artıq sıralarımızı tərk edib. Çempionatın 3-cü dövrəsi başlayana qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk olaraq yanvarın 14-də "Şəfa" stadionunda "İnter"in əvəzediciləri ilə görüşəcəyik. Ayın 18-də isə AZAL-ın əvəzediciləri ilə üz-üzə gələcəyik. Növbəti 2 oyunun tarixi isə hələ ki, məlum deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə