Cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilir

Cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilir

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Şagan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilir. Siasport.az saytının məlumatına görə, yarışlarda 10 çəki dərəcəsi üzrə 2000-2001-ci il təvəllüdlü 348 idmançı iştirak edir.

Nəticələrə görə, oğlanlar arasında Aydın Fezullayev (30 kq), Nazir Talıbov (34 kq), Məhəmməd Məmməquliyev (38 kq), Kənan Əliyev (42 kq), Rüfət Məmmədov (46 kq), Feyzulla Quliyev (50 kq), Böyükağa Süleymanov (55 kq), Rza İsmayılov (60 kq), Knyaz Mahmudlu (66 kq) və Süleyman Yaqubov (66 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızlar arasında yarışda isə Vüsalə Kərimova (32 kq), Fazilə Aslanova (36 kq), Günay Məmmədova (40 kq), Məleykə Məmmədova (52 kq), Kəmalə Hacızadə (57 kq), Fidan Hüseynova (63 kq), Rahidə Cavadova (44 kq) və Günel Bəkirzadə (48 kq) birinci yerlərə layiq görülüblər.
İlk üç yerləri tutmuş idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə