“Bakı” 4 futbolçusunu Fransaya yola saldı

“Bakı” 4 futbolçusunu Fransaya yola saldı

Xəbər verdiyimiz kimi, bir müddət öncə "Bakı" Futbol Akademiyasının 5 yetirməsi 3 illik təlim-tədris üçün Madrid "Atletiko"sunun Uşaq Futbol Akademiyasına oxumağa göndərilib. Siasport.az saytının məlumatına görə, bu gün "Bakı" Futbol Akademiyasının daha 4 yetirməsi - Valeh Seyidov, Mahir Mədətov, Ülvi Süleymanov və Nicat Əsgərov uzunmüddətli təlim-tədris üçün "Lans"ın düşərgəsinə yollanıb. Gənc futbolçular qarşıdakı həftələrdə "Lans"ın əsas komandası ilə birgə məşqlərə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə