İtaliyanın "Roma" futbol klubu daha bir transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, "canavarlar" "Çagliari"nin futbolçusu Radja Nainggolanı, mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb. Paytaxt təmsilçisi belçikalı futbolçu üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək. Komanda rəhbrəliyi, mövsümün sonunda belçikalı futbolçu üçün daha 3 milyon avro ödəyərək, futbolçunun bütün transfer haqlarını tamamilə əldə etməyi planlaşdırır. 2010-cu ildə "Çagliari"yə transfer olunan 25 yaşlı futbolçu, bu komandanın heyətində 100-ə qədər rəsmi qarşılaşmada meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB