İstanbulun "Beşiktaş" futbol klubu, İngiltərə Premyer Liqasından futbolçu transfer etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "qara qartallar", "Mançester Siti"nin futbolçusu Coleon Leskottla prinsipial razılaşma əldə ediblər. Türkiyə mətbuatı iddia edir ki, təcrübəli futbolçu yaxın günlərdə İstanbula gələrək, həkim müayinəsindən keçəcək və "Beşiktaş"la müqavilə imzalayacaq. "Beşiktaş" üçün əlverişli məqam odur ki, istanbul klubu "Mançester Siti" ilə müqaviləsi başa çatmış təcrübəli futbolçu üçün qarşı tərəfə heç bir təzminat ödməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB