"Simurq" Murad Səttarlı ilə rəsmi müqavilə imzaladı

"Simurq" Murad Səttarlı ilə rəsmi müqavilə imzaladı

Ötən mövsüm "Simurq"un heyətində icarə əsasında forma geyinən Murad Səttarlı artıq rəsmən Zaqatala təmsilçisinin futbolçusudur. Siasport.az saytının məlumatına görə, komanda ilə ilyarımlıq müqavilə imzalayan gənc futbolçu "Simurq"un heyətində 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Murad Səttarlı 2012/13-cü il mövsümündə "Simurq"un heyətində 30 rəsmi qarşılaşmada iki dəfə rəqib qapıçılarını məyus edib.

Bütün xəbərlər Facebook səhifəmizdə