Artıq üç gündür ki, qış təlim-məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində məskunlaşan "Xəzər Lənkəran" gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Siasport.az saytının məlumatına görə, Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçular fiziki və taktiki çalışmaları yerinə yetirir. Dünən səhər məşqinin vaxtını uzadan Dənizli axşam məşqini təxirə salaraq futbolçulara istirahət verməyi qərara alıb. Səhər məşqində ilk olaraq fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra üç qrupa bölünərək iki tərəfli oyun oynayıblar. Mustafa Dənizlinin tez-tez müdaxilə etdiyi oyunda əsasən sürətli kombinasiyalara üstünlük verilib.
Bu gün yenidən iki məşq keçirəcək komandada hazırda zədəli futbolçu yoxdur və toplanışa viza problemi üzündən qatıla bilməyən Sadio Tounkara da sabahdan "Xəzər Lənkəran"a qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB