Azərbaycanın cüdo üzrə yığma komandası Yaponiyaya yola düşüb. Siasport.az saytının məlumatına görə, komanda yeni mövsüm ərəfəsində gündoğar ölkədə təlim-məşq toplantısı keçirəcək. Yaxın 5 həftə ərzində komandamız Tokio universitetinin bazasında hazırlıq keçəcək.
Cüdoçularımız yaponiyalı həmkarları ilə yoxlama görüşləri də keçirəcəklər. Azərbaycan komandasının heyətinə yığmamızın demək olar ki, bütün liderləri, o cümlədən dünya çempionu Elxan Məmmədov (100 kq) və dünya birinciliyinin bürünc mükafatçısı Orxan Səfərov (62 kq) daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB