"Mançester Yunayted" İlkay Gündoğan üçün 36 milyon avro xərcələyəcək?
İngiltərənin "Mançester Yunayted" futbol klubu, türk əsilli alman futbolçu İlkay Gündoğanı heyətinə cəlb etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, Premyer Liqada işləri yaxşı getməyən, İngiltərə Federasiya Kubokundan kənarda qalan "qırmızı şeytanlar", var gücləri ilə heyətlərini gücləndirməyə qərar veriblər. Madrid "Real"ı və bir sıra dünya klublarının diqqətində olan İ.Gündoğanı heyətə qatmaq istəyən ingilis klubu, bunun üçün düz 36 milyon avro transfer haqqı təklif edib. "Milliyet" yazır ki, "Mançester Yunayted"in baş məşqçisi Moyes də klub rəhbərliyindən israrla İ.Gündoğanın transfer olunmasını tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB