Qusar rayonunun Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulmuş buzadırmanma üzrə açıq respublika çempionatı ölkə ərazisində mülayim hava şəraiti ilə əlaqədar təxirə salınıb. Siasport.az saytının məlumatına görə, yarışın təxirə salınmasının səbəbi yüksək dağlıq yerlərdə, o cümlədən yarışların keçiriləcəyi Qusar rayonunun Ləzə kəndi ərazisində qar-buz təbəqəsinin əriməsi, onların dayanıqlılığının azalması olub. Yarışın keçirilmə vaxtı barədə əlavə olaraq təşkilat komitəsi məlumat verəcək.
Qeyd edək ki, buzadırmanma üzrə açıq respublika çempionatı FAİREX və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il Qusarın Ləzə kəndi ərazisində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB