Yanvarın 10-dan 12-dək İsveçrənin Bern şəhərində eşitməqüsurlu əlillərdən ibarət yığma komandalar arasında futzal üzrə Avropa mini-turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığma komandası mini-turnirdə iştirak edəcək. Yığmamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
11 yanvar, saat 12:00
Belçika – Azərbaycan
11 yanvar, saat 21:00
İsveçrə - Azərbaycan
12 yanvar, saat 11:00
Azərbaycan – Finlandiya
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB