U-17 Liqasının 2012/2013-cü il mövsümünün qalibi olan "Qəbələ"nin 17 yaşadək futbolçulardan ibarət komandası AFFA-nın hesabına Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Siasport.az saytının məlumatına görə, yanvarın 5-dən başlayan toplanış yanvarın 12-dək davam edəcək.
Qeyd edək ki, U-17 Liqanın qaliblərinin mükafatlandırılması mərasimində Əsasnaməyə uyğun olaraq, çempion olmuş komandaya qızıl medallar, diplom və kubokla yanaşı, AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat da təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB