Sərbəst güləş yığmaları təlim-məşq toplanışında

Sərbəst güləş yığmaları təlim-məşq toplanışında

2014-cü ilin təqvim planına əsasən qarşıdan gələn yarışlara hazırlıq məqsədi ilə güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarına start verib. Siasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yanvarın 4-dən 14-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ilin ilk hazırlığını keçir. Təlim-məşq toplanışına 12 idmançı - Yaşar Əliyev, Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Ruslan Dibirhacıyev, Toğrul Əsgərov, Ağahüseyn Mustafayev, Əşrəf Əliyev, Cəbrayıl Həsənov, Həmzət Osmanov, Xetaq Qazyumov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov cəlb edilib.

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri isə, Özbəkistan Güləş Federasiyası ilə imzalanmış müqaviləyə əsasən bu ölkədə hazırlıq keçirlər. Yanvarın 6-dan başlayan təlim-məşq toplanışı ayın 20-dək davam edəcək. Böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 12 idmançı Özbəkistana yollanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə