"Arsenal"ın futbolçusu 6 ay yaşıl meydanlaradan uzaq qalacaq

"Arsenal"ın futbolçusu 6 ay yaşıl meydanlaradan uzaq qalacaq

İngiltərənin "Arsenal" futbol klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, London "Arsenal"ı daha bir ulduz futbolçusunu itirməli olub. Belə ki, "Tottenhem"lə qarşılaşmada zədələnərək meydanı tərk edən Teo Valkot, sən demə gözlənildiyindən də çox müddətdə yaşıl meydanlara həsrət qalacaq. Belə ki, London klubunun həkimləri tərəfindən aparılan müayinədən sonra məlum olub ki, "Arsenal"ın futbolçusu ən azı 6 ay futbola qayıda bilməyəcək. Ulduz futbolçunun Braziliyada keçiriləcək Dünya çempionatına qatılmayacağı da elə indidən məlumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə