"Sumqayıt" klubu Topaz Premyer Liqasının 3-cü dövrəsi üçün hazırlıqlara start verib. Siasport.az saytının məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda yeni kompleksdə ilk məşqini keçirib. Türkiyədə əməliyyat olunmuş Vurğun Hüseynov fərdi məşqlərlə kifayətlənib. Yeni transferlər Ramil Mansurov və Tərzin Cahangirov da komanda ilə birlikdə hazırlığa başlayıb.
"Sumqayıt" FK bu həftə gündə bir dəfə olmaqla məşqlərini davam etdirəcək. Yanvarın 10-da "Rəvan"la ilk yoxlama oyununa çıxacaq komanda 12-dən etibarən Sumqayıtda təlim-məşq toplanışına yığışacaq. "Sumqayıt" FK yanvarın 15-də "Araz-Naxçıvan", 18-də isə AZAL-la yoxlama oyunu keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB