"Qəbələ"nin daha iki rəqibi bəlli olub

"Qəbələ"nin daha iki rəqibi bəlli olub

2013-2014-cü il mövsümünün hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin toplanış çərçivəsində keçirəcəyi sınaq görüşlərinin daha 2-si müəyyənləşib. Siasport.az saytının məlumatına görə, "qırmızı- qaralar" yanvarın 10-da Türkiyə təmsilçisi "Maltepespor"la, 25-də isə Moskva "Torpedo"su ilə üz-üzə gələcək.

Qeyd edək ki, klubun öncədən 4 rəqibi məlum idi. Belə ki, "Qəbələ" yanvar 13 -də "Tobol" (Qazaxıstan), 16-da "Konyaspor" (Türkiyə), 20-də "Spartak" (Qazaxıstan), 22-də "Volqa" (Rusiya) ilə oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə