Rafael Santos "Qəbələ"də

Antalyada hazırlıqlara start verən "Qəbələ" klubu sıralarını yeni futbolçu ilə gücləndirib. Siasport.az saytının məlumatına görə, ötən mövsüm Kiyev "Arsenal"ında çıxış etmiş Rafael Santos karyerasını "Qəbələ"də davam etdirəcək. Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu artıq "qırmızı-qaralar"la Antalya düşərgəsində məşqlərə başlayıb.

Karyerasına Braziliyanın "Ponte-Preta" (2003-2006) klubunda başlayan Rafael Santos ölkəsində daha sonra "İnternasional" (2006-2007) və "Atletiko Paranaense"nin (2007-2011) şərəfini qoruyub. Sonuncu klubda olarkən Salvadorun "Vitoriya" (2008) və İtaliyanın "Bolonya" (2009/10) komandalarında icarə əsasında çıxış edib.

Rafael ötən il qısa müddət ölkəsinin "XV de Pirasisaba" klubunda oynayıb. Daha sonra Kiyev "Arsenal"ı ilə müqavilə bağlayan futbolçu sözügedən komandada 1 il çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə