Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Çexiya yığmaları arasında keçirilmiş oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Siasport.az saytı baş məşqçilərin fikirlərini diqqətinizə çatdırır:
Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): "İlk növbədə Çexiya yığmasını qələbə münasibətilə təbrik edirəm. Hər iki komandaya qələbə lazım idi. Sevinən tərəf rəqibimiz oldu. Ötən oyunla müqayisədə taktiki planda dəyişiklik etməmişdik. Lakin hücum xəttində rəqibə lazımi qədər təzyiq göstərə bilmədiyimiz üçün taktiki gedişlərimiz bir o qədər səmərəli olmadı".
Miroslav Soukup (Çexiya yığmasının baş məşqçisi): "Azərbaycan yığmasının turnirdəki ilk oyununu izləmişdik. Yaxşı müdafiə və hücum qurmaq baxımından təhlükəli yarımmüdafiə xəttinə malik komanda olduğunu bilirdik. Nə qədər çətin olsa da, qol vurmağı bacardıq. Futbolda isə qələbəni qol vuran qazanır. Ötən oyunla müqayisədə bu gün daha yaxşı oynadıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB