"Araz-Naxçıvan" klubu məşqlərə başlayıb

"Araz-Naxçıvan" klubu məşqlərə başlayıb

İstirahəti yekunlaşdıran "Araz-Naxçıvan" klubu dünən paytaxtda toplanıb. Siasport.az saytının məlumatına görə, vitse-kapitan Mikayıl Rəhimov 2 gün sonra müalicəsi üçün Türkiyəyə yollanacaq. Onun 10 gün sonra komandaya qoşulacağı gözlənilir. Həmçinin kapitan Emin İmaməliyev də məqşdən kənar qalıb. Zədəsinin bərpası səbəbindən məşqə qoşulmayan kapitanın bir necə günə heyətə dönməsi gözlənilir.

Qeyd edək ki, hazırlıq zamanı "qırmızı-ağlar"ın bir neçə Premyer Liqa komandası ilə görüşdə qüvvəsini sınamağı planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə