FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Siasport.az saytının məlumatına görə, yığmamız Çexiya komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda rəqib qələbə qazanıb. Çexiya komandası yığmamızın qapısına 2 cavabsız qol vurub.
Xatırladaq ki, turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB