"Xəzər Lənkəran" Antalyaya gedib

"Xəzər Lənkəran" Antalyaya gedib

Qısamüddətli fasilədən sonra "Xəzər Lənkəran" klubu dünən günorta saatlarında Bakı-İstanbul-Antalya aviareysi ilə qış təlim-məşq toplanışı üçün qardaş ölkəyə yola düşüb. Siasport.az saytının məlumatına görə, komanda Antalyanın Bələk turizm bölgəsində "Ela Quality Resort" otelində məskunlaşıb. Toplanış müddətində komandanın məşqləri və yoxlama oyunları ilk dəfə olaraq "Xəzər Lənkəran" TV vasitəsilə yayımlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə