"Rəvan" klubunun baş məşqçisi Şahin Diniyev qeyri-qənaətbəxş nəticələr və özündə komandanı irəli aparmaq potensialı görmədiyinə görə istefaya gedib. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, öz ərizəsi ilə rəhbərliyə müraciət edən Ş.Diniyevin istəyi ikinci cəhddən sonra qəbul edilib. Onunla birgə məşqçilər korpusunda yer alan köməkçiləri Nazim Əliyev və Xaliq Mərdanov da komandadan rəsmən ayrılıb. Yeni baş məşqçinin kimliyi yaxın günlərdə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB