FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edəcək 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Siasport.az saytının məlumatına görə, yığmamız Peterburqski İdman-Konsert Kompleksində ilk məşqinə çıxıb.
Xatırladaq ki, futbolçularımız turnirdə ilk oyununu yanvarın 4-də, saat 14:15-də, Peterburqski İdman-Konsert Kompleksində Yunanıstan komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB