Yığma komandamız bu gün İsrail millisi ilə qarşılaşacaq

Yığma komandamız bu gün İsrail millisi ilə qarşılaşacaq

Voleybol üzrə qadınlardan ibarət milli komandamız dünya çempionatının 3-cü seçmə mərhələsində ilk oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, bu gün saat 19:00-da qızlarımız İsrail millisi ilə qarşılaşacaqlar.

Qeyd edək ki, komandamız J qrupunda mübarizə aparır.

Nəzərinizə çatdıraq ki, 3-cü mərhələdə 5 qrupda 4 komanda olmaqla ümumilikdə 20 milli komanda mübarizə aparır. Qrup birinciləri olan komandalar və qrup ikinciləri arasında ən yaxşı bir komanda dünya çempionatına vəsiqə qazanacaq.

03/01/2014

16:00. Serbiya - Estoniya

19:00. Azərbaycan - İsrail

04/01/2014

16:00. Serbiya - İsrail

19:00. Estoniya - Azərbaycan

05/01/2014

16:00. İsrail - Estoniya

19:00. Azərbaycan - Serbiya

Bütün xəbərlər Facebook səhifəmizdə