"Qəbələ" "Spartak"la qarşılaşacaq

"Qəbələ" "Spartak"la qarşılaşacaq

"Qəbələ" klubu Qazaxıstanın "Spartak" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, oyun "Qəbələ"nin Türkiyədə təlim-məşq toplanışı zamanı baş tutacaq. Antalyada təşkil olunacaq qarşılaşma yanvarın 20-də keçiriləcək.

Onu da nəzərinizə çatdıraq ki, komanda yanvarın 16-da "Konyaspor"la üz-üzə gələcək. Ümumilikdə isə, "Qəbələ" təlim-məşq toplanışı dövründə 7 yoxlama oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə