"Xəzər Lənkəran" Mustafa Dənizlinin istədiyi futbolçuların adlarını açıqladı

"Xəzər Lənkəran" Mustafa Dənizlinin istədiyi futbolçuların adlarını açıqladı

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli klubdan 4 futbolçunun alınmasını istəyib. Siasport.az saytı Stadium.az-a istinadən xəbər verir ki, "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bu məsələyə aydınlıq gətirib: "Bəli, Mustafa Dənizli komandada görmək istədiyi oyunçuların adlarını rəhbərliyə təqdim etdi. Bunlardan biri Slavik Alxasovdur ki, bu barədə bilirsiz. S.Alxasovla bu gün rəsmi müqavilə də bağlanacaq. M.Dənizli Cavid Hüseynovu da istəyir. Cavid isə "Bakı" ilə daha iki illik müqavilə bağlayıb. Belə görünür ki, bu transfer alınmayacaq.

Baş məşqçinin komanda da görmək istədiyi daha bir yerli oyunçu isə Orxan Əliyevdir. Orxanın da "Sumqayıt"la müqaviləsi var. Buna baxmayaraq, "Sumqayıt"la danışıqlarımız davam edir. Əgər konpensasiya məsələsində razılığa gəlinsə, Orxan da "Xəzər Lənkəran"a gələcək".

Legioner futbolçuya gəlincə isə, ad açıqlamaq problem deyil. Sadəcə legioner futbolçunun adın açıqlayanda, ortaya başqa menecerlər qoşulur və bununla da süni yolla qiymət artır. Ona görə hələlik legioner futbolçunun adını açıqlamaq istəmirik. Razılıq əldə olunan kimi məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə