"Simurq" İlkin Qırtımovla müqaviləsinin müddətini artırıb. Siasport.az saytının məlumatına görə, Zaqatala futbol məktəbinin yetirməsi daha iki il də bu komandanın uğurları üçün çalışacaq.
Vitse-kapitan yeni müqaviləyə qol çəkdikdən sonra fikirlərini bildirib: "Yenidən doğma komandamda qaldığım üçün çox sevinirəm. Bir neçə təkliflərim var idi. Ancaq mənə futbolun sirrlərini öyrədən komandanı seçdim. Klub prezidenti və məşqçilərim də çox sağ olsunlar ki, məni komandada sağlamağa çalışdılar və yeni müqavilə təklif etdilər. Allahın köməkliyi ilə "Simurq"la daha böyük uğurlar qazanmaq istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB