Bakının qadınlardan ibarət "Azəryol" voleybol komandasının baş məşqçisi Ancelo Vercesinin daha bir təyinatı rəsmiləşib. Siasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis Bakı klubu ilə yanaşı, Xorvatiya millisini də çalışdıracaq.
A.Vercesi San-Pauluda Milad bayramını qeyd etdikdən sonra paytaxtımıza deyil, Zaqrebə gəlib. Burada yerli federasiyanın prezidenti Zdeslava Baraça ilə bir daha görüşən təcrübəli mütəxəssis Rovin şəhərinə yollanaraq, komandaya təqdim edilib. Böyük ümidlərlə yığmaya gətirilən A.Vercesinin qarşısına dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyulub.
Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində L qrupunda yer alan Xorvatiya millisi Fransa, Macarıstan və Hollandiya komandaları ilə münasibətinə aydınlıq gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB