Yurgen Klinsman "Tottenhem"in baş məşqçisi olacaq?

Yurgen Klinsman "Tottenhem"in baş məşqçisi olacaq?

Futbol üzrə Almaniya millisinin sabiq baş məşqçisi olan Yurgen Klinsman, məşqçilik koryerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, hazırda futbol üzrə ABŞ millisinin baş məşqçisi olan Y.Klinsman Braziliyada keçiriləcək dünya çempionatından sonra İngiltərə Premyer Liqasında işləyə bilər. "Mirror" qəzeti yazır ki, "Tottenhem" klubunun rəhbərliyi almaniyalı mütəxəssisi komandanın baş məşqçi vəzifəsinə gətirmək niyyətindədir. London təmsilçisi Andre Villaş Boaşın istefasından dərhal sonra Klinsmana rəsmi təklif göndərmişdi. Lakin təcrübəli mütəxəssis hazırda ABŞ millisini çalışdırdığı üçün bu təklifi rədd etmişdi. Bununla belə, Klinsman qarşıdakı dünya çempionatından sonra "Tottenhem"də işləyə biləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə