“Araz-Naxçıvan” 5 futbolçu ilə yollarını ayırdı

“Araz-Naxçıvan” 5 futbolçu ilə yollarını ayırdı

Qış fasiləsinə Azərbaycan I Divizionunun lideri kimi çıxan "Araz-Naxçıvan" futbol komandası heyətlə bağlı islahatlara başlayıb. Siasport.az saytının məlumatına görə, Naxçıvan klubunun baş məşqçisi Əsgər Abdullayev yeni il ərəfəsində 5 oyunçu ilə yolların ayrılmasına qərar verib. Belə ki, Rəşad Hacızadə, Elnur Soltanlı, Ozal Əbiyev, Nicat Əliyev və Elvin Cəbrayıllı ilə əməkdaşlığa son qoyulub.
Qeyd edək ki, "Araz-Naxçıvan"ın əsas məqsədi elitaya vəsiqə qazanmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə