Güləşçilərimiz 2013-cü ili 92 qızıl, 71 gümüş və 135 bürünc medalla tamamlayıb

Güləşçilərimiz 2013-cü ili 92 qızıl, 71 gümüş və 135 bürünc medalla tamamlayıb

Yola saldığımız 2013-cü il Azərbaycan Güləş Federasiyası üçün növbəti uğurlu illərdən biri olub. Siasport.az saytının məlumatına görə, yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə eiblər.

Bütün bu nailiyyətlər ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Məhz ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artması ilə müşahidə olunur. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun göstərişi ilə yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına birbaşa təsir göstərir.

İl ərzində qazananılan uğurların statistik göstəricilərinə nəzər yetirək:

Yığma komandalarımızın üzvləri 2013-cü ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 17 qızıl, 15 gümüş, 38 bürünc – toplam 70 medal qazanıb.

Bunların 27-si yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa və dünya çempionatlarında 10 qızıl, 4 gümüş, 13 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdiriblər.

Gənc güləşçilərimizin də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, gənclərimiz Avropa və dünya çempionatında 5 qızıl, 5 gümüş, 14 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdiriblər.

Böyüklərdən ibarət yığma komandalarımız isə, 2-si qızıl, 6-sı gümüş, 11-i bürünc olmaqla 19 medal qazanıb.

Bundan başqa, yığma komandalarımız artıq ənənəyə çevrilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 228 medal qazanıblar. Bu medalların 75-nin əyarı qızıl, 56-sı gümüş və 97-nin əyarı isə bürünc olub.

Qarşıdan gələn 2014-cü il güləşçilər üçün böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. Güləş qaydalarında və çəki dərəcələrində edilən son dəyişikliklərə uyğun hazırlaşmaq və qazanılan nailiyyətləri daha da artırmaq bütün növ güləş komandaların qarşısındakı ən əsas məqsəddir.

Azərbaycan güləşçilərinin 2013-cü il ərzində beynəlxalq turnirlərdə əldə etdiyi nəticələr

Qızıl Gümüş Bürünc Cəmi Növlər üzrə
FS GR FW FS GR FW FS GR FW
Yeniyetmələr 24 6 - 17 10 2 32 9 5 97 128 FS
Gənclər 3 4 4 5 3 1 7 12 1 40 66 GR
Böyüklər 13 10 11 12 5 1 15 7 9 83 34 FW
40 20 15 34 18 4 54 28 15 228 Yekun
75 56 97



Azərbaycan güləşçilərinin 2013-cü il ərzində rəsmi yarışlarda əldə etdiyi nəticələr
(Avropa, Dünya, Universiada)

Qızıl Gümüş Bürünc Cəmi Növlər üzrə
FS GR FW FS GR FW FS GR FW
Yeniyetmələr 5 5 - 2 2 - 8 3 2 27 31 FS
Gənclər 2 1 2 3 2 - 6 6 2 24 27 GR
Böyüklər - 1 1 2 3 1 3 4 4 19 12 FW
7 7 3 7 7 1 17 13 8 70 Yekun
17 15 38

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня