Futbol üzrə Almaniya Bundesliqasında məşqçi dəyişikliyi baş verib. Siasport.az saytı xəbər verir ki, "Hannover" futbol klubu baş məşqçisi Mirko Slomka ilə yolları ayırıb. Almaniya klubunun rəsmi saytının məlumatına əsasən, hər iki tərəf arasında qarşılıq razılaşma ilə belə bir qərar verilib. Yeni baş məşqçinin adının isə yaxın günlərdə açıqlanacağı bildirilib. Xatırladaq ki, "Hannover" ölkə çempionatının turnir cədvəlində hazırda 18 xalla 13-cü yerdədir. Qeyd edək ki, M.Slomka cari mövsüm bundesliqadan ayrılan dördüncü baş məşqçidir. Bundan əvvəl "Ştutqart", "Hamburq", "Nünberq" çalışdırıcısını istefaya göndərmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB