"Hamburq" türk əsilli futbolçusuna qadağa qoydu!

"Hamburq" türk əsilli futbolçusuna qadağa qoydu!

Almaniyanın "Hamburq" futbol klubu, türk əsilli futbolçusu Hakan Çalhanoğluya türk mətbuatı ilə əlaqələr qurmağı, Türkiyə mediyasına müsahibələr verməyi qadağan edib. Siasport.az saytı xəbər verir ki, adı İstanbulun "Qalatasaray" futbol klubu ilə çəkilən gənc futbolçu, son vaxtlar "cim bom"a transfer olmaq istədiyini dilə gətirirdi. Almaniyada "ikinci Məsut Özil" kimi təqdim olunan gənc futbolçu, əsas idealının "Qalatasaray"da çıxış etmək olduğunu dilə gətirib. "Hamburq" rəhbərliyi gənc futbolçuya yeni müqavilə təklif etməklə yanaşı, Türkiyədən gələn jurnalistlərlə təmas qurmağı yasaq edib. "Hamburq"un idman direktoru olan Oliver Kreuzer isə bildirib ki, o futbolçu ilə görüşərək, komanda rəhbərliyini qərarını ona çatdırıb və onunla bu məsələ barədə xeyli söhbət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə