"Lokomativ" İSM-də partlayış baş verib FOTO

"Lokomativ" İSM-də partlayış baş verib FOTO

Bakının Biləcəri qəsəbəsində, Mehdi Hüseyn küçəsidə yerləşən Dəmiyol QSC-yə məxsus "Lokomativ" idman sağlamlıq mərkəzində partlayış baş verib. Siasport.az saytı xəbər verir ki, hadisə nəticəsində tələfat qeydə alınıb.
ANS-PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, kompleksin qazanxanasında təmir işləri gedirmiş. Partlayışın gücündən beton arakəsmə dağılaraq, işçilərin üzərinə tökülüb. İlkin versiyaya görə, partlayışa səbəb qaz sızması olub.
Xilasetmə xidmətindən verilən məlumata görə, partlayış nəticəsində 49 yaşlı Şahvələd Məmmədov ölüb. Onun meyiti dağıntılar altındadır. 26 yaşlı Elvin İmran oğlu Qurbanov isə yaralanıb və dəmirol xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Xilasetmə işləri davam edir. İşlərə xüsusi təlim görmüş itlər də cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə