ARAF 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirdi FOTO

ARAF 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirdi FOTO

Bu gün Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirib. Siasport.az saytının məlumatına görə, tədbirdə başa çatmaqda olan ildə federasiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra çıxış edən federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF-ın 2013-cü ildə gördüyü işlər və nailiyyətlər, ölkə daxili və xarici bir sıra beynəlxalq tədbirlərdə iştirak və nəticələri haqqında danışıb. O qeyd edib ki, hesabat dövründə federasiyanın fəaliyyəti 7 istiqaməti əhatə edib. Baş katib 2013-cü ilin konkur yarışları mövsümü, 2013-cü ilin cıdır yarışları mövsümü, Studbook-cins atların qeydiyyatı, milli cinslərimiz-Qarabağ və Dilbaz atları, atların beynəlxalq hərəkəti, Çövkən milli atüstü oyunu və polo haqqında geniş məlumat verib.

Federasiyanın prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev 2013-cü ilin yekunlarına əsasən bir sıra nominasiyalar üzrə idmançıları təltif edib.

O, Azərbaycanda atçılıq idman növünün inkişafından danışıb. E.Quliyev Prezident İlham Əliyevin atçılıq idmanına göstərdiyi diqqət və qayğıdan söz açıb.

Tədbirdə federasiyanın işinə həsr olunmuş film nümayiş olunub.

Sonda tort kəsilib və xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə