Bu gün "Sərhədçi" Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Taekvondo Federasiyasının (ATF) birgə təşkilatçılığı ilə böyüklər arasında taekvondo üzrə Respublika çempionatına start verilib. Siasport.az saytının məlumatına görə, yarışlara Bakı və bölgələrdən müvafiq hazırlığa malik olan 8 çəki dərəcəsində kişi və qadın taekvondoçular qatılıblar. İki gün davan edəcək yarışda şəxsi və komanda birinciliyi üzrə yerlər müəyyən ediləcək. Fəxri yerləri tutmuş idmançı və komandalara ATF tərəfindən müvafiq dərəcəli diplom və mükafatlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB