Azərbaycanın beş idmançısı Avropanın ən yaxşıları arasında yer alıb

Polşanın nüfuzlu PAP informasiya agentliyi Avropada 2013-cü ilin yekunlarına əsasən ən yaxşı idmançının seçilməsi ilə bağlı sorğu keçirib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) də həmin sorğuda iştirak edib. Keçirilən sorğunun nəticələrinə əsasən 59 idmançı ən yaxşıların siyahısında yer alıb. Bunlardan beşi - Məhəmmədrəsul Məcidov (boks), Elxan Məmmədov (cüdo), Rafael Ağayev (karate), İlham Zəkiyev və Səbinə Abdullayeva (paralimpiya cüdo) Azərbaycan idmançısıdır. M.Məcidov 22-ci, E.Məmmədov 24-cü, R.Ağayev 26-cı, İ.Zəkiyev 33-cü və S.Abdullayeva isə 36-cı pillədə qərarlaşıb.

Avropada ilin ən yaxşı idmançısı 166 səslə F-1 idman növündə almaniyalı Sebestyan Fettel seçilib.
Ümumilikdə siyahıda 24 ölkədən 40 kişi, 19 qadın idmançı yer alıb. Azərbaycan idmançıların sayına görə ikinci pilləni İspaniya ilə bölüşür. Hər iki ölkədən eyni sayda idmançı siyahıda qərarlaşıb. İlk pillədə isə Fransa yer alıb (Altı idmançı).

Bütün xəbərlər Facebook səhifəmizdə