"Simurq" qış təlim-məşq toplanışı üçün Antalyaya gedəcək

"Simurq" klubu qış təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Siasport.az saytının məlumatına görə, komanda qardaş ölkəyə yanvarın 8-də yola düşəcək və ilk məşqinə də elə həmin gün çıxacaq. Antalyanın Side bölgəsində yerləşən "Sueno" otelində məskunlaşacaq Zaqatala təmsilçisinin burada 4 yoldaşlıq görüşü keçirməyi nəzərdə tutulub. Yanvarın 26-da isə Georgi Çixradzenin yetirmələri ölkəyə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək.

Qeyd edək ki, hələ ki, qış təlim-məşq toplanışı çərçivəsində "Simurq"un keçirdəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri və tarix dəqiqləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə