Ancelotti Kasilyası "Real"dan kənarlaşdırır...

Ancelotti Kasilyası "Real"dan kənarlaşdırır...

Futbol üzrə İspaniya millisinin qolkiperi olan İker Kasilyas, "Real"ı tərk etməyə hazırlaşır. Siasport.az saytı "AS" nəşrinə istinadən xəbər verir ki, "Real"ın bacarıqlı qapıçısı, Joze Mourinyodan sonra Karlo Ancelotti ilə də yola getmədiyi üçün gələn ilin yayda komandanı tərk edə bilər. J.Mourinyodan sonra onun K.Ancelotti ilə yaxşı münasibətlərdə olacağı deyilsə də, hər şey deyəsən tam əksinə inkişaf edir. Belə ki, italyan futbol mütəxəssisi, gənc qolkiperi "qara siyahıya" daxil edib. odur ki, daha öncə "Real"da qalmaq istədiyini deyən Kasilyas, artıq fikrini dəyişdirib. Belə ki, ispaniyalı qapıçı mövsümün sonuna qədər yenidən əsas heyətə qaytarılmasa, komandadan gedəcəyini bildirib. Qeyd edək ki, ötən qış fasiləsində əsas heyətdəki mövqeyini itirən Kasilyas yalnız İspaniya kuboku və Çempionlar Liqasının görüşlərində meydana çıxır. 32 yaşlı qolkiperlə İngiltərənin "Arsenal" və "Mançester Siti" klubları yaxından maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə