Yüksəl Kepoğlu: "Bu, bütün Azərbaycan futbolunun inkişafına dəstək verəcək"

Yüksəl Kepoğlu: "Bu, bütün Azərbaycan futbolunun inkişafına dəstək verəcək"

"Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu 2013-cü iliin yekunları ilə bağlı açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, geridə qalmaqda olan ildə görülüən işlərdən danışıb: "Bakı" futbol klubunun İspaniyanın "Atletiko" Madrid və Fransanın "Lans" klubları ilə imzaladığı əməkdaşlıq müqavilələri gənc azərbaycanlı futbolçular üçün böyük perspektivlər açır. Hazırda 5 futbolçumuz "Atletiko"da uzunmüddətli təlim keçir.

Bununla bərabər, 4 komandamız son aylar ərzində "Lans" və "Atletiko"nun düşərgəsində təlim-məşq toplantıları keçirib. Yeni ildə bu fəaliyyət davam edəcək. Biz mümkün qədər çox komandamızın ölkə xaricində təlim keçməsini arzulayırıq.

Bu, tək bizim klubun futbolçularına aid deyil. "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov ölkəmizdəki ən perspektivli yeniyetmə oyuçuların siyahısını hazırlamaq tapşırığı verib. Klubumuzun prezidenti öz hesabına onların Fransa və İspaniyaya göndərilməsini təmin edəcək. Bu, tək "Bakı" klubunun deyil, bütün Azərbaycan futbolunun inkişafına dəstək verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə