Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının pley-off mərhələsində mübarizə aparacaq Bakının "İqtisadçı" kollektivi bir oyunçusu ilə yollarını ayırıb. Siasport.az saytının məlumatına görə, komanda mövsümün əvvəlində transfer etdiyi Ariel Uilsonla müqaviləni qarşılıqlı şəkildə pozub.
Qeyd edək ki, A.Uilsondan əvvəl Valentina Serena ilə vidalaşmağı planlaşdıran "İqtisadçı" italiyalı voleybolçunu hələ heyətində saxlamağı lazım bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB