"İmperator" tənqid hədəfinə çevrildi

"İmperator" tənqid hədəfinə çevrildi

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim yığmada ciddi dəyişikliklər edib. Siasport.az saytı xəbər verir ki, "imperator" ikinci komandadan tutmuş U-14 komandasına qədər qapıçılarla işləyən bütün məşqçiləri qovub. Qeyd edək ki, işinə son verilən məşqçilər Nürəddin Yıldız (ikinci komanda), Mithan Yüksək (U-21), Altay Dağdelen (U-19) və U-15/14-də çalışan Bülənt Yılmazdır. Türkiyə mətbuatı yazır ki, əksər futbol şərhçiləri F.Terimin bu qərarını tənqid edərək, onu təkbaşına qərarlar qəbul edərək, milli komandanın aşağı yaş qruplarında xaos yaratmaqda ittiham edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə