"Artıq hiss edirəm ki, karyeramın son çağlarıdır. Karyeramı "Sumqayıt"da bitirəcəyəm. Bundan sonrasına isə baxarıq". Siasport.az saytının məlumatına görə, bu sözləri Futbol11.az saytına "Sumqayıt" klubunun kapitanı Samir Abasov deyib. "Viləş", "Qarabağ", "Şəmkir", "Karvan" , "İnter" kimi klublarda oynamış S.Abbasov bildirib ki, ailəsində yolunu davam etdirən yoxdur: "Futbol oynamaq istəmirlər. Ancaq kompüterə maraq veriblər. Allah kompüter çıxaranın evini yıxsın. Heç kim gedib futbol oynamaq istəmir. Kiçiyi isə ancaq güləşir, vurur, qırır. Görək də nə olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB