Artıq 2013-cü il geridə qalmaq üzrədir. Siasport.az saytının məlumatına görə, hər olduğu kimi, "Qarabağ" klubu ilin ən yaxşılarını seçib. Sorğuya klubun idarə, texniki və inzibati heyəti qatılıb. 2013-cü ildə meydana çıxan 20 futbolçunun seçilmə imkanı olub (2013-cü ilin ilk yarısında "Qarabağ"da çıxış edənlər səsverməyə daxil edilməyib). Öncədən müəyyənləşdirilmiş 20 futbolçu 20 ballıq şkala ilə qiymətləndirilib. Yəni, 20-ə qədər xal 20 futbolçu arasında paylaşdırılıb. Klubun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alınıb. Qalib böyük fərqlə qələbə qazanıb. "Qarabağ"ın braziliyalı forvardı Reynaldo klub çalışanlarının rəğbətini qazanaraq, ilin ən yaxşısı seçilib. Rekord səslə birinci olan 24 yaşlı hücumçu 1 isitisna ilə hərkəsdən maksimum xal alıb.
Reynaldo ilin əvvəlində komandaya qoşulub. "Anderlext"dən transfer olunan ön xətt oyunçusu ilin ilk yarısında cəmi 2 qol vursa da, həm kubok, həm də çempionatda hücum xəttində effektliliyi ilə komandaya böyük fayda verib.
2-ci və 3-cü yerlər arasında isə ciddi mübarizə qeydə alınıb. Riçard Almeyda 2-ci, Rəşad Sadıqov 3-cü olub. İlk 5-liyi isə ötən ilin qalibi Vüqar Nadirovla Qara Qarayev tamamlayıb.
Bütün qaliblər
2008 - Maksim Medvedev
2009 - Vaqif Cavadov
2010 – Rauf Əliyev
2011 – Admir Teli
2012 – Vüqar Nadirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB