Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda dünya çempionatının təsnifat mərhələsinə hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, yığmamız Rusiyanın "Uraloçka" komandası ilə növbəti yoldaşlıq görüşünü keçirib. Oyun millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında keçirilmiş ilk oyunda da millimiz rəqibinə qalib gəlmişdi - 2:1.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı J qrupunun oyunları yanvarın 3-5-də Bakıda olacaq. Komandamız Serbiya, İsrail və Estoniya ilə qarşılaşacaq. Qrup qalibi dünya birinciliyinə vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB