Azərbaycan Taekvondo Federasiyası (ATF) və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi böyüklər arasında Respublika çempionatına 27 dekabr 2013-cü il tarixində start veriləcək. Siasport.az saytının məlumatına görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək yarışa Bakı şəhərindən və bölgələrdən müvafiq hazırlığa malik olan 8 çəki dərəcəsində kişi və qadın taekvondoçular qatılacaqlar. İki gün davam edəcək yarışda şəxsi və komanda birinciliyi üzrə yerlər müəyyən ediləcək. Qaliblərə ATF tərəfindən müvafiq dərəcəli diplom və mükafatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB