Sumqayıt veteranları çempion olublar

Sumqayıt veteranları çempion olublar

Naxçıvan Olimpiya Kompleksində veteran futbolçulardan ibarət komandaların ölkə birinciliyinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, buna qədər Masallı, Oğuz, Qəbələ və Bakıda baş tutan zona yarışlarında uğurlu nəticə qazanan Sumqayıt veteranları həlledici mərhələdə də qalib olublar. Əvvəlcə "Qarabağ"ı 7:4 hesabı ilə üstələyən veteranlar həlledici görüşdə "Neftçi"dən üstün olublar (5:2). Final görüşündə "Sumqayıt"ın qollarını klubun baş məşqçisi Aqil Məmmədov, Mübariz Orucov, İsmayıl Məmmədov, Kamal Quliyev və Kənan Məmmədov vurub.

3-cü yerə isə "Qarabağ"ı 5:4 hesabı ilə məğlub edən "Kəpəz" sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə