Stiven Cerrard "Liverpul"un çempionluğu barədə danışdı

Stiven Cerrard "Liverpul"un çempionluğu barədə danışdı

"Liverpul" futbol klubunun təcrübəli kapitanı olan Stiven Cerrard, komandanın gələcək il çempionluğu barədə fikirlərini açıqlayıb. O bildirib ki, kapitanı olan komanda ən azından İngiltərə Premyer Liqasında ilk dördlükdə qərarlaşmağa qərarlıdır: "Mövsümün əvvəlindən başlayaraq bütün gücümüzü liderlik uğrunda mübarizəyə kökləmişik. Ən azından turnir cədvəlində ilk dördlükdə qərarlaşmalıyıq. Bunun əksinə olarsa, bu bizə çox pis təsir edəcək. İlk dördlükdə qərarlaşmaq və çempionatı ən azından belə şəkildə başa vurmaq komandanın maddi durumunun yaxşılaşması üçün olduqca vacibdir. Çempionluğa gəlincə, əgər marta qədər ən azından hazırda olduğu kimi zirvədəki yerimizi qoruya bilsək, o zaman çempionluğ barədə danımaq olar."

Bütün xəbərlər Facebook səhifəmizdə