“Rəvan”ın qış planı təsdiqləndi

“Rəvan”ın qış planı təsdiqləndi

"Rəvan"ın qış fasiləsi üçün hazırlıq planı təsdiqlənib. Siasport.az saytının məlumatına görə, komanda yanvarın 5-də Bakıda toplaşacaq. İlk olaraq yerli futbolçular bir araya gələcək. Legionerlər isə yanvarın 9-10-da düşərgəyə qoşulacaq. Mərdəkandakı "Dalğa Arena"da hazırlıqlara start verəcək "Rəvan" 1 həftə ərzində Bakıda məşq edəcək. Yanvarın 14-dən etibarən isə hazırlıqlar Türkiyənin Antalya şəhərində davam etdiriləcək. Ayın 26-da Türkiyə toplanışını başa vururaq Vətənə dönəcək "aslanlar" çempionatda 3-cü dövrənin startına qədər Bakıda hazırlıqları yekunlaşdıracaq. Komanda qardaş ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə